ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 nəfər ölüb

abs-nin-endirdiyi-zerbeler-neticesinde-azi-31-nefer-olub
Oxunma sayı: 3263

“Ənsar Allah” hərəkatının husi üsyançılarının nəzarətində olan Yəmənin paytaxtı Səna və ölkənin digər bölgələrinə ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 31 dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyinin nümayəndəsi Anis əl-Əsbahi bildirib.

“İlkin məlumatlara görə, ABŞ-nin Səna, Səada, Əl-Bayda əyalətləri və Radaa şəhərinin mülki və yaşayış məntəqələrinə qarşı hücumları nəticəsində 31 nəfər həlak olub, daha 101 nəfər yaralanıb”, - deyə X səhifəsində yazıb.