ABŞ-nin həyasız hay qisası...

abs-nin-heyasiz-hay-qisasi
Oxunma sayı: 3470

“ABŞ-nin bir sıra ölkələrdə sabitliyi pozmaq, insanlar arasında çaxnaşma və qanlı qarşıdurmalar yaratmaq, dövlət çevrilişi etmək cəhdlər ilə çox rastlaşmışıq. Son illərdə Amerika öz universitet və tədris müəssisələrində yetişən, kurs keçən “kadrlar”ı da bu prosesə cəlb edir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi elmlər doktoru, keçmiş millət vəkili, professor Vaqif Abdullayev deyib.

O bildirib ki, bunun ən böyük nümunəsini Türkiyədə FETO-nun timsalında görünüb: “ABŞ-nin ali təhsil ocaqlarında yetişdirilən həmin “mütəxəssislər” - FETO şəbəkəsi dövlətin ən yüksək qollarına, hətta Orduya və milli təhlükəsizlik orqanlarına qədər yerləşdirilib. Onlar vətəni sataraq 2016-cı ildə Türkiyəni qana buladı, yüzdən artıq dinc insanı öldürdü, dövlət və inzibati binaları bombaldı. Şükürlər olsun ki, qardaş ölkə belə bir müasir terrorçu zehniyyətin əlinə keçmədi, onlar layiqli cəzaları aldılar. 
İndi buna oxşar şəbəkə Azərbaycana aranı qatmaq istəyir, ABŞ-nin müxətlif təhsil ocaqlarının məzunu olan agentura şəbəkəsi - FETO-nin başqa bir qanadı əl-qol açıb. Vaxtilə İran və İraqda da dini təhsil almış şəxslər var idi ki, dövlətçiliyimizə xəyanət edirdilər. Ona görə də ən düzgün yol milli təhsilimizə güvənmək, öz təhsilimizi inkişaf etdirməkdir”.

Vaqif Abdullayev onu da bildirib ki, sözsüz ki, Amerikanın nüfuzlu ali məktəblərini bitirən milli vətənpərvər, dövlətə və dövlətçiliyə sadiq kadrlar da var: “Onlar hazırda yüksək dövlət orqanlarında çalışırlar. Xatırlayırsınızsa, 3 ay öncə Azərbaycan hüquq-mühafizə orqanları FETÖ-nün Azərbaycandakı agentləri olan Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan və Anar Əliyev adlı şəxsləri həbs etmişdi. Onların sırasında Qubad İbadoğlunun adı isə çoxlarına tanışdır. Daim Azərbaycanın uğurlarını gözdən salan bu şəxslərin ABŞ-nin Pensilvaniya ştatına səfərləri və Fətullah Gülənlə görüşləri, təlimat almaları araşdırmalar nəticəsində öz təsdiqini tapdı. Yəni, anti-Azərbaycan ideologiyası altında hazırlanmış çoxlu sayda məzun vardır ki, onlar FETO-nun yeni layihəsi olan agentura şəbəkəsinin üzvləridir. Bu şəxslər ABŞ-nin USAİD, “Freedom Now”, “New Democracy Fund” və digər təşkilatların qrantları ilə Azərbaycanda sabitliyi pozmaq, vətəndaş qarşıdurması yaratmaq təlimatları alıblar. Bu günlərdə həmin şəbəkənin üzvü olan “media orqanları”nda aparılan axtarışlar, ABŞ səfirliyinin təşkilatçılığı ilə agenturanın gizli görüşününn ifşa olunması da bunu təsdiqləyir”.

O qeyd edib ki, Azərbaycana qarşı belə halların çoxalması Xankəndidəki erməni terrorizminin kökünü kəsdikdən sonra başlayıb: “Amerika və Fransanın qərəzli və riyakar addımları, Azərbaycana qarşı ədalətsiz 907 qəpik dəyəri olmayan 907-ci düzəlişin qüvvəyə minməsi də məhz bir mərkəzdən idarə olunan ssenarinin tərkib hissəsidir. 

Paris və Vaşinqton anlamır ki, Azərbaycana qarşı bu cür çirkin planların baş tutması qeyri-mümkündür. Cənab İlham Əliyevin bəyan etdiyi kimi heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Azərbaycanın dövlət başçısı hədsiz dərəcədə prinsipial və qətiyyətlidir, siyasi xəyanəti heç vaxt bağışlamır. Heç bir qüvvə, güc mərkəzi onun ali qətiyyətinə təsir göstərə bilməz!

Artıq ABŞ və Avropa İttifaqı artıq səhvlərini başa düşərək Azərbaycana qarşı yanlış ritorikaya son qoymağa çalışır. Noyabrın 27-də cənab prezidentə telefon zəngi edən ABŞ-nin dövlət katibi Antoni Blinkenin Vaşinqtonun səhvlərini etiraf etməsi də bunu göstərir. Prezident İlham Əliyev geridönməz şərtlərini masaya qoydu və münasibətləri normallaşdırılmaq üçün Birləşmiş Ştatların dövlət nümayəndələrinin səfərinin yalnız bundan sonra mümkünlüyünü xatırlatdı. Blinken bu şərti qəbul etməklə Vaşinqtonun səhv yoldan geri çəkiləcəyinə təminat verdi. Bu, İlham Əliyevin dəmir iradəsinin bir daha ifadəsidir”.