ABŞ telekanalında biabırçı səhv - Kiyevi Rusiya şəhəri adlandırdı

abs-telekanalinda-biabirci-sehv
Oxunma sayı: 2234

ABŞ-nin “Fox News” telekanalı Pasxa bayramı ilə bağlı görüntülər yayımlayarkən Ukraynanın paytaxtı Kiyevi Rusiyanın şəhəri kimi təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Vatikan, Moskva və Kiyevdən təntənəli mərasimlərin yayımı zamanı subtitrda “Kiyev, Rusiya” yazılıb.

Bildirilib ki, xəta bir müddət sonra düzəldilib.