“ABŞ və Rusiya deyir ki, Donbası verin”

abs-ve-rusiya-deyir-ki-donbasi-verin
Oxunma sayı: 877

“ABŞ və Rusiya deyir ki, müharibənin artıq sabah başa çatmasını istəyisinizsə, Donbası təhvil verin”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski AFP-yə müsahibəsində bildirib.

Dövlət başçısı həmçinin atəşkəs halında Avropa qoşunlarının təmas xəttinin yaxınlığında yerləşdirilməsi ideyasını dəstəklədiyini bildirib: “Ukraynalılar, əlbəttə, tərəfdaşlarımızın cəbhə xəttində yanımızda olmasını istəyirlər”.

Bununla belə, o, heç kimin ön xətdə olmaq istəmədiyini diqqətə çatdırıb. 

Qeyd edək ki, Moskva və Kiyev arasında ABŞ-nin vasitəçiliyi ilə aparılan atəşkəs danışıqlarında əsas maneənin məhz ərazi mübahisələri olduğu bildirilir. Rusiya faktiki olaraq, Donbasın yalnız bir hissəsini nəzarətdə saxlasa da, regionun bütünlüklə təhvil verilməsini tələb edir. Ukrayna bu tələbləri qəbul etmir və cəbhə xəttinin dondurulmasında israr edir. Hazırda Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin təxminən beşdə bir hissəsinə, Rusiya qoşunları isə Luqansk vilayətinin demək olar ki, bütün ərazisinə nəzarət edir.