ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki məsuliyyət zonasına Amerikanın “USS Tripoli” desant gəmisi daxil olub.
“Qafqazinfo” xəbər verir ki, göyərtəsində təxminən 3.500 dənizçi və dəniz piyadası olan nəhəng gəmi artıq təyin olunmuş əraziyə çatıb.
“America” sinfinə məxsus olan gəmi ABŞ dəniz piyadalarının 31-ci ekspedisiya bölməsinin tərkibində fəaliyyət göstərən “Tripoli” desant hazırlığı qrupunun flaqmanıdır.
Qeyd olunub ki, “USS Tripoli”nin arsenalına müasir nəqliyyat və zərbə təyyarələri, həmçinin desant-hücum əməliyyatları üçün nəzərdə tutulmuş müxtəlif taktiki vasitələr daxildir. Gəminin bölgəyə gəlişi ABŞ-ın Yaxın Şərqdəki hərbi mövcudluğunu gücləndirmək və strateji təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.
Xatırladaq ki, bir müddət əvvəl gəminin regiona göndərilməsi barədə qərar verilmişdi.
Son xəbərlər
Son Xəbərlər