Qonaq olduğu evdə “tok” vurub öldürdü

qonaq-oldugu-evde-tok-vurub-oldurdu
Oxunma sayı: 710

Göyçay rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 22-si saat 22 radələrində Şahsoltanlı kəndində qeydə alınıb.

Şərur rayon sakini 1986-cı il təvəllüdlü Abbas Qafar oğlu Babayev qonaq olduğu Laçın Kərimovun evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.