ABŞ Zəngəzur dəhlizinə nəzarəti üzərinə götürməyi təklif edib - Tom Barrak

abs-zengezur-dehlizine-nezareti-uzerine-goturmeyi-teklif-edib
Oxunma sayı: 5285

ABŞ Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib.

“Qafqazinfo” “Middle East Eye” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda keçirilən brifinq zamanı danışıb.

O, hər iki tərəfin - Azərbaycan və Ermənistanın dəhlizlə bağlı müxtəlif təkliflər etdiyini bildirib.

“Bu halda ABŞ deyir: Yaxşı, biz onu təhvil alacağıq. Bizə 32 kilometr yolu 100 illik nəzarət üçün verin”.

Onun sözlərinə görə, ABŞ Zəngəzur dəhlizini nəzarətə götürsə, tərəflər buradan rahatlıqla istifadə edə bilərlər.