Abşeronda 3 aylıq körpə öldü

abseronda-3-ayliq-korpe-oldu
Oxunma sayı: 481

Abşeron rayonunda 3 aylıq körpə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyulun 28-i saat 08 radələrində Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 10 aprel 2026-cı il təvəllüdlü Səccad Axundov evdə asfiksiyadan (boğulma) ölüb.

Onun hansı səbəbdən boğulduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.