“AccessBank” “Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri” layihəsinə qoşulub

accessbank-azerbaycan-ucun-qadin-selahiyyetlendirme-merkezleri-layihesine-qosulub
Oxunma sayı: 1352

Sizin yerli Avropa bankınız – “AccessBank”, ölkəmizin regionlarında qadın sahibkarlara dəstək layihəsinə qoşulub. "AccessBank" qadınlara sahibkarlıq sahəsində uğur qazanmaq üçün lazım olan məsləhət xidmətləri, resurslar və kommunikasiya imkanları yaradır.  

«Azərbaycan üçün Qadın Səlahiyyətləndirmə Mərkəzləri» layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir və Beynəlxalq Özəl Müəssisə Mərkəzi  (CIPE) tərəfindən AccessBank-ın dəstəyi ilə həyata keçirilir. Layihə 2022-ci ilin oktyabr ayından başlayıb və 2024-cü ilin sentyabr ayına qədər davam edəcək. Layihə çərçivəsində Bakı, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Salyan və Şəkidə (kəndlər daxil olmaqla) təlimlər təşkil edilir.

Layihənın məqsədləri qadınların bilik və bacarıqlarını inkişaf etdirərək peşəkar şəbəkələr yaratmaqla onların sahibkarlıq fəaliyyəti və ya keyfiyyətli işlərdə iqtisadi imkanlarını artıraraq sosial-iqtisadi iştirakı və liderliyinə dəstək göstərmək, qadınların ehtiyac və istəkləri əsasında sahibkarlıq və biznes bacarıqlarını gücləndirmək, və onların davamlı cəmiyyətlə əlaqəsini gücləndirməkdən ibarətdir. 

İndiyə kimi Salyanda keçirilən təlimə 9 nəfər, Xaçmazda – 18 nəfər, Bakıda isə 19 nəfər cəlb edilib. Xaçmaz şəhərində 10 gün davam edən “Qadınlar bizneslə məşğul olur” təlim kursunda liderlik, kommunikasiya, maliyyə və satışın proqnozlaşdırılması, marketinq, maliyyə planı, biznes planı kimi mövzular keçirilib. Əlavə olaraq, AccessBank-ın Baş Ofisində qadınlar üçün “Biznesdə stresin idarə edilməsi” mövzusunda təlim keçirilib, xanımlara stresli situasiyalarda davranış qaydaları və stres ilə mübarizə yolları barədə məlumat verilib.

“AccessBank” tərəfindən təlimçi qismində Marketinq departamentinin rəhbəri Yuliya Jurenkova və Mikro və Aqro müştərilər üzrə Menecer Elməddin Hacıyev cəlb ediliblər.

“Layihədə iştirakımız korporativ sosial məsuliyyət tədbirlərinin tərkib hissəsidir. Biz, Azərbaycanda sahibkarlığın potensialının inkişafına daim dəstək oluruq. Təlimlərin gedişatı və nəticələr kifayət qədər uğurludur, biz, bundan sonra da qadın sahibkarları bizneslərini uğurla inkişaf etdirmək üçün lazımi resurs və biliklərlə təmin edəcəyik. Bu, mühüm layihəyə töhfə  verən və əməkdaşlıq edən hər kəsə təşəkkürümü bildirirəm”, - AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

Beynəlxalq Özəl Müəssisə Mərkəzi (CIPE) idarəetmə və iqtisadi inkişafın birləşməsində fəaliyyət göstərən, yerli çətinliklərə biznes assosiasiyaları, beyin mərkəzləri və digər təşkilatlarla əməkdaşlıq edərək özəl sektora yönəlmiş həllər həyata keçirən biznes yönümlü QHT-dir. CIPE-nin missiyalarından biri özəl sahibkarlığı və bazar yönümlü islahatları gücləndirməkdir.

AccessBank” Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə  (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

"AccessBank" QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.