“Adam öldürən qardaşım deyil...” - Aytac Vidadiqızı

adam-olduren-qardasim-deyil
Oxunma sayı: 13022

Müğənni Aytac Vidadiqızı qardaşının həbsi ilə bağlı yayılan xəbərə münasibət bildirib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, müğənni Tural adlı qardaşının olmadığını söyləyib:

“Bu yalan xəbərdir, mənim Tural adlı qardaşım yoxdur. Atamın ruhunu narahat etməyin. Belə yalan xəbərləri kim çıxarır? Əgər kimsə belə yalan xəbəri bilərəkdən çıxarırsa, haqqımı ona halal etmirəm. Başım sənətimə qarışıb, sakitliyimdən istifadə edənlər olub. Belə şayiə yayırlar, ayıb olsun”.

Qeyd edək ki, lent.az saytında Vidadi Bərdəlinin oğlu Tural Allahverdiyevin borca görə tanışı 24 yaşlı Məkan İsmayılovu qətlə yetirməsi ilə bağlı məlumat yayılmışdı.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum müğənninin rəsmi nikahı olan xanımından 4, qeyri-rəsmi yaşadığı ikinci xanımından isə 2 övladı var. Tural Allahverdiyev isə Vidadi Bərdəlinin nikahdankənar evliliyindən dünyaya gəlib.