Türkiyəli aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalının boşanmaları barədə iddialar yayılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddiaları gündəmə gətirən hadisə isə Laranın toy fotolarını sosial şəbəkə hesabından silməsi olub.
Gündəlik həyatlarını tez-tez sosial mediada paylaşan cütlüyün evliliyində bir müddətdir problemlər olduğu iddia edilir.
.png)
Belə ki, yayılan xəbərlərə görə, Laranın bu addımı atmasına ərinin xəyanət etməsi səbəb olub. Daha öncə Selahattinin “Masumiyet Müzesi”ndəki tərəf müqabili Eylül Lize Kandemir ilə münasibət yaşaması barədə söz-söhbətlər yayılmışdı.
.png)
Son günlər isə hazırda rol aldığı “Kıskanmak” serialındakı həmkarı Hafsanur Sancaktutan ilə eşq yaşadığı iddia olunur.
.png)
Bu iddiaları gücləndirən addım isə L.Paşalıdan gəlib. O, son günlər sosial mediada paylaşdığı fotolarda barmağında nişan üzüyünün olmaması ilə diqqət çəkib. Cütlüyün aprelin 16-sı evlilik ildönümləri ilə bağlı sosial mediada paylaşım etməməsi də diqqətdən qaçmayıb.
Lara Paşalı son olaraq toy şəkillərini də silib. İkilinin birlikdə olduğu digər fotolar isə onun sosial media səhifəsində qalır.
Hələlik tərəflərdən ayrılıq iddiaları ilə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, 2022-ci ilin 16 aprelində nikah masasına oturan S.Paşalı və L.Paşalı həmin ilin iyul ayında qızları Leyla Peranı qucaqlarına alıblar.


Son xəbərlər
Son Xəbərlər