Aeroport yolunda dəhşətli qəza - 3 nəfər öldü + Fotolar

aeroport-yolunda-dehsetli-qeza
Oxunma sayı: 2080

Bu gün Zığ qəsəbəsindən hava limanı istiqamətində olan yolda dəhşətli qəza baş verib.

"Qafqazinfo"nun hadisə yerindən verdiyi xəbərə görə, qəza təxminən 1 saat əvvəl olub.

“Kia” markalı 90 VT 097 nömrəli avtomobillə 10 AX 002 nömrəli “VAZ” 2107 markalı maşının iştirakı ilə qəza baş verib. Hadisə  nəticəsində "07" alışaraq yanıb. İlkin məlumata görə, maşının içində 2 nəfər yanaraq ölüb.

***

Qəzada ölənlərin sayı 3 nəfərə çatıb.

Murad Əhməd