Bəhreyn İraqa nota verdi

behreyn-iraqa-nota-verdi
Oxunma sayı: 620

Bəhreyn Xarici İşlər Nazirliyi İraqın müvəqqəti işlər vəkili Əhməd əl-Qaravini çağırıb.

“Qafqazinfo” xarici KİV-ə istnadən xəbər verir ki, səfirə krallıqdakı hədəflərə davam edən pilotsuz təyyarələrin İraq ərazisindən atılan hücumları ilə bağlı etiraz notası təqdim edib.

“İraq ərazisindən Krallığa və Körfəz Əməkdaşlıq Şurasının bir neçə ölkəsinə qarşı davam edən cinayətkar dron hücumlarına görə “qətiyyətli qınaq və həddindən artıq hiddət” ifadə edilib”, - Bəhreyn XİN-in məlumatında deyilir.

Xarici İşlər Nazirliyi həmçinin Krallığın təhlükəsizlik və sabitliyi təmin etmək üçün “bütün zəruri tədbirləri” görmək hüququnu təsdiqləyib.