“Zaporojye Atom Elektrik Stansiyasına olan hər hansı hücum intihardır”.
“Qafqazinfo” “AFP24”ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş Tokioda keçirilən mətbuat konfransında deyib.
O, Ukrayna və Rusiyanın bir-birini yaşayış binalarını atəşə tutmaqda ittiham etməsindən sonra beynəlxalq müfəttişlərə Zaporojye AES-ə giriş icazəsi verməyə çağırıb.
Qeyd edək ki, Ukraynanın cənub-şərqində yerləşən “Zaporojye” Avropanın ən böyük Atom Elektrik Stansiyasıdır. Stansiya mart ayında rus qüvvələri tərəfindən ələ keçirilsə də, ukraynalı işçilərini saxlayıb.
Nəzrin Cavadzadə