Ağ Evin keçmiş mətbuat katibi televiziyada işə başlayacaq

ag-evin-kecmis-metbuat-katibi-televiziyada-ise-baslayacaq
Oxunma sayı: 1236

Ağ Evin mətbuat katibi postunu tərk edən Cen Psaki payızda MSNBC kanalında işə başlayacaq və orada öz verilişini aparacaq.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, bu barədə kanalın prezidenti Rəşidə Cons bildirib.

Onun sözlərinə görə, proqram 2023-cü ilin birinci rübündə efirə gedəcək, layihə hazırlanıb və adı açıqlanmır. Prezident administrasiyasının keçmiş əməkdaşı həmçinin 2024-cü ildə keçiriləcək Konqresə aralıq seçkilərin və yeni prezident seçkilərinin işıqlandırılmasına cəlb olunacaq.

"Onun hökumətdəki geniş təcrübəsi MSNBC-ni fərqləndirən təhlil növünü təmsil edəcək”, - Cons açıqlamasında deyib.