Ağcabədidə qadın bıçaqlandı - Şübhəli əridir - Yenilənib

agcabedide-qadin-bicaqlandi
Oxunma sayı: 889

Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndində qeydə alınıb.

Kənd sakini Səbinə Cəfərova bıçaq xəsarətləri ilə Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağırdır.

Hadisəni törətməkdə qadının həyat yoldaşı Məhəmmədəli Cəfərov şübhəli bilinir.

Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma başlanılıb.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 12:00 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Qarın boşluğunun daxilə keçən kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Vəziyyəti orta ağır qiymətləndirilir”.

Ziya Əmirxanlı