Ağdamda avtomobil piyadanı vurub öldürdü

agdamda-avtomobil-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1252

Ötən gecə Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, saat 21 radələrində Bərdə-Ağcabədi yolunun Quzanlı qəsəbəsindən keçən hissəsində Qarayev Fərzalı Mirzalı oğlu “ Mercedes”  markalı avtomobillə Verdiyev Asəf Qamboy oğlunu vurub. Piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.