Ağdamda evdə yanğın olub - Tüstüdən zəhərlənən var

agdamda-evde-yangin-olub
Oxunma sayı: 1123

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 196 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 5 m² sahədə mebel yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.