Ağstafada iki bacı qazdan zəhərlənib

agstafada-iki-baci-qazdan-zeherlenib
Oxunma sayı: 1474

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.

Kənd sakinləri, iki bacı - 2011-ci il təvəllüdlü R.Hacızadə və 2013-cü il təvəllüdlü G.Hacızadə yaşadıqları evin vanna otağında dəm qazından zəhərlənib.

Hər iki yeniyetmə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Yunis Quliyev