Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayon mərkəzində yerləşən geyim mağazalarından birində qeydə alınıb.
İlkin məlumatlara əsasən, mağaza sahiblərindən biri ilə müştəri arasında mübahisə düşüb. Qısa zamanda böyüyən münaqişə qanlı sonluqla bitib. Belə ki, mağaza sahibi Rəşad Hacıyev 1991-ci il təvəllüdlü Babək Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi vurub.
Yaralı təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər