Ağsu dolaylarında ağır qəza - Ata-oğul öldü

agsu-dolaylarinda-agir-qeza
Oxunma sayı: 3645

Bu gün səhər saatlarında Ağsuda ağır yol qəzası baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, saat 09:30 radələrində Ağsu dolaylarında Həsən Həsənlinin idarə etdiyi “Mercedes” markalı avtomobil dərəyə aşıb.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan sərnişinlər – 1974-cü il təvəllüdlü Xangəldiyev Əmir Ağaxan oğlu və onun 2008-ci il təvəllüdlü oğlu M.Xangəldiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.