Aİ bu tarixdə Qırmızı dənizdə əməliyyata başlayacaq

ai-bu-tarixde-qirmizi-denizde-emeliyyata-baslayacaq
Oxunma sayı: 1398

Avropa İttifaqı (Aİ) fevralın 19-da Qırmızı dənizdə bir il müddətinə davam edəcək “Aspides” (Qalxanlar) əməliyyatına başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “TASS” məlumat yayıb:

“Əməliyyata bazar ertəsi başlanılacaq. Tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində tamamlanacağına əminik”.

“Aspides” əməliyyatının məqsədi Avropa dövlətlərinin strateji maraqlarının qorunmasında fəal iştirak etmək, dünyanın ən böyük ticarət arteriyalarından birinin pozulmasının qlobal iqtisadiyyata mənfi təsirini yumşaltmaq və həmçinin bölgədə dəniz təhlükəsizliyini təmin etməkdir.