Böyük Britaniya hökuməti krallığın Avropa İttifaqına (Aİ) qayıtması ilə bağlı yeni referendum keçirməyi planlaşdırmır.
“Qafqazinfo” “Sky News” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Endi Bernhem rəsmi bəyanatla çıxış edib.
Britaniya hökumətinin rəhbəri əvvəlki səsvermənin nəticələrinə sadiq qaldığını vurğulayıb:
“Mən referendum mövzusunu yenidən açmıram. Səsvermənin nəticələrinə hörmətlə yanaşıram. Lakin Britaniya iqtisadiyyatının artımını təkanlamaq və La-Manş boğazını keçən qayıqlarla mübarizədə qarşılıqlı əlaqəni artırmaq üçün praqmatik yanaşma nümayiş etdirəcəyəm, Leyboristlər Partiyasının 2024-cü il parlament seçkiləri ərəfəsində verdiyi vədləri pozmaq niyyətində deyil. Ölkənin Aİ-nin Gömrük İttifaqına və Vahid Bazarına qayıtması gündəmdə deyil”.
Xatırladaq ki, 2016-cı ilin iyununda Britaniyada Aİ-dən çıxışla bağlı referendum keçirilmiş, seçicilərin 51,9%-i “Brexit”i dəstəkləmişdi. Sentyabr ayında Bernhem “Brexit”in ölkəyə xeyirdən çox zərər vurduğunu bildirsə də, söhbətin yalnız sıx iqtisadi və təhlükəsizlik əməkdaşlığından getdiyini diqqətə çatdırmışdı.
Son xəbərlər
Son Xəbərlər