Aİ müşahidəçiləri Ermənistanda qəzaya düşdülər - Foto

ai-musahidecileri-ermenistanda-qezaya-dusduler
Oxunma sayı: 2044

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasına məxsus avtomobil qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Shamshyan.com” portalı yayıb.

Hadisə bu gün səhər saatlarında Sünik vilayətində Tatev-Lçen yolunda qeydə alınıb.

Bildirilir ki, “Nissan Pathfinder” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. İlkin məlumata görə, qəza zamanı xəsarət alan olmayıb.

Sükan arxasında Avstriya vətəndaşının, sərnişinlərin isə Polşa vətəndaşları olduğu qeyd olunub.