Müasir mətbəxdə bəzi cihazlar var ki, onlar mütləq olmalıdır. Söhbət iki əvəzolunmaz köməkçidən gedir: airfryer (fritoz) və elektrik çaydan.
Kontakt.az-da siz bu iki cihazın ən fərqli modellərini sərfəli təkliflər ilə tapa bilərsiniz. Gəlin, bu cütlüyü seçəndə nələrə diqqət etməlisiniz deyə ətraflı araşdıraq.
Niyə fritoz və elektrik çaydan mətbəxdə rahat cütlükdür?
Bu iki cihaz bir-birinə bənzəməsə də, gündəlik işlərdə bir-birini əla tamamlayır:
- “Airfryer” (fritoz) sizə vaxt itirmədən, minimum yağla sürətli şəkildə yeməklər hazırlamağa imkanı verir
- Elektrik çaydan çox sürətli şəkildə su qaynamağını təmin edir.
Fritoz necə seçilməlidir: həcm, güc və qızdırmanın xüsusiyyətləri
Fritoz (“Airfryer”) seçərkən onun performansı və funksionallığına diqqət yetirməlisən.
Fritoz növləri və yağ filtri sistemi
- “Airfryer” (fritoz): Ən çox tövsiyə olunan növdür. Yağsız və ya çox az yağla, isti hava axını ilə qızartma edir.
- Klassik fritoz: Ənənəvi yağda qızartma edir. Əgər klassik dadı sevirsinizsə, bu modellərin birini seçin.
Əgər yağlı fritoz seçirsinizsə, yağın dəfələrlə istifadəsi və qoxunun azalması üçün filtr sistemi olması çox vacibdir.
Həcm, güc və “Airfryer” sürəti
- Həcm: 2 litr tək adam üçün uyğundur, amma 4-6 nəfərlik ailə üçün airfryer xl və ya 5 litr həcmində qablar daha rahatdır.
- Güc: 1500-2000 Vt arasında olur, ama güc nə qədər yüksək olsa, cihaz o qədər sürətli isinir. “Airfryer” sürət göstəricisinə birbaşa təsir edir.
Yapışmayan örtük və bərabər qızdırma
- Örtük: “Airfryer”in qab hissəsindəki yapışmayan örtük qidanın yapışmasının qarşısını alır və təmizlənməni asanlaşdırır.
- Qızdırma: Havanın dövriyyəsi texnologiyası sayəsində yemək hər tərəfdən eyni dərəcədə bişir. Indikator işə salma və hazır olma məqamını göstərir.
Elektrikli çaydan necə seçilməlidir: korpus materialı və qaynama sürəti
Adi çaydandan fərqli olaraq, elektrikli çaydan həm funksionallığı, həm də təhlükəsizliki ilə seçilməlidir.
Korpus materialı: metal, şüşə, plastik
- Metal (Çelik): Ən davamlı və uzunömürlüdür. Su qaynama sürəti yüksəkdir, lakin, korpus tez isinir.
- Şüşə: Su səviyyəsini görməyə imkan verir. Lakin, zərbələrə qarşı həssasdır.
- Plastik: Ən yüngül və sərfəli qiymətlidir, lakin, materialının keyfiyyəti vacibdir.
Qızdırıcı elementin növü
- Gizli spirallı element: Əksər müasir elektrik çaydanlarda bu növ istifadə olunur. Təmizlənməsi asandır, su ilə birbaşa təmas etmir.
- Açıq spirallı element: Köhnə modellərdə olur. Sürətli su qaynamağını təmin etsə də, ərp yığır və təmizlənməsi çətindir.
Qaynama sürəti gücdən asılıdır. 2000-2200 vatt çaydan 1 litr suyu 3-4 dəqiqəyə qaynadır. 1500 vatt modelləri bir qədər uzun işləyir. Su qaynama prosesi indikatorla izlənir.
Qabın həcmi və iş rejimləri
Elektrik çaydan seçərkən onun tutumu və hansı rejimlərdə işləyə bilməsi sizin rahatlığınız üçün vacibdir.
- Ən populyar həcm 1.7 litrdir (təxminən 6-8 stəkan çay üçün). Əlavə olaraq 0.8 litr həcmli kompakt modellər seçə bilərsiniz.
- Adi elektrik çaydanlar suyu sadəcə 100°C-yə qədər qaynadır. Amma keyfiyyətli çaydanlarda 60°C-dən 100°C-yə qədər fərqli temperatur rejimləri var.
- İstiliyi saxlama funksiyası: Bəzi premium modellər suyun müəyyən temperaturda (məsələn, 90°C) saxlanılması (indikator) funksiyasına malikdir.
Temperatur nəzarəti və təhlükəsizlik
Avtomatik söndürmə və isinmədən qorunma
- Avtomatik söndürmə: Bu funksiyası enerjiyə qənaət edir. Çaydan su qaynaması bitdikdən sonra avtomatik sönür. Fritoz hazır olduqda siqnal verir və söndürülür.
- Həddindən artıq qızma qorunması təhlükəsizlik təmin edir. Su bitdikdə çaydan işləməyi dayandırır. Fritoz həddindən çox qızsa, sistem tərəfindən avtomatik söndürülür.
İstifadə rahatlığı və kompaktlıq
Mətbəxdə rahatlıq üçün çox yer tutmayan cihazlar vacibdir.
Çaydan:
- Asanlıqla açılıb-bağlanan qapaq və erqonomik forma rahat istifadəni təmin edir.
- Naqil saxlanc yeri: Cihazların alt hissəsindəki naqil üçün xüsusi yer mətbəx səthində səliqəni qoruyur.
Fritoz:
- Fritozlar kiçik bir soba kimi funksional olsalar da, ölçüləri daha yığcamdır.
- Fritoz qabının erqonomik forması və isinməyən tutacağı isti yeməyi təhlükəsizliklə çıxarmağa imkan verir.
- Sensorlu və ya rəqəmsal indikator həm temperaturu dəqiq tənzimləməyə, həm də fərqli iş rejimləri arasında asanlıqla keçid etməyə imkan verir.
- “Airfryer” modellərində də naqil üçün xüsusi saxlanma yeri var
Qulluq, davamlılıq və təhlükəsizlik
1. Fritoz hər istifadədən sonra təmizlənməlidir. Yağ qalıqları yuyulur.
2. Cihazları suyun yanında saxlamayın. Elektrik naqilinə quru əllərlə toxunun.
3. Çaydanın su qaynama zamanı çıxardığı buxarın səsi və ya airfryerin ventilyasiya səsi minimal olmalıdır.
Azərbaycanda populyar fritoz və çaydan brendləri
Kontakt home fritoz kateqoriyasında müxtəlif brendlər təqdim olunub. “Airfryer” tefal yüksək keyfiyyəti ilə seçilir. “Philips”, “Xiaomi”, “Fakir” də məşhur brendlərdir. Hər biri müxtəlif qiymət seqmentinə aiddir. Qiymətləri 230 Azn-dən 550 Azn-ə qədər dəyişir.
Elektrik çaydanlarda ən çox “Bosch”, “Tefal”, “Philips” və “kontakt home” çaydan kateqoriyasındakı digər modellərdə etibarlı hesab olunur. Qiymətləri 30 Azn-dən 300 Azn-ə qədər dəyişir.
Zəmanət və çatdırılma kontakt.az-da
Yuxarıda danışılan hər məhsul üçün kontakt.az rəsmi zəmanət təqdim edir. Sürətli və etibarlı çatdırılma isə Bakı və Azərbaycan ərazisində həyata keçirilir. Sərfəli təkliflər və fərqli ödəniş imkanı mövcuddur, beləliklə, sən ən keyfiyyətli elektrikli çaydan və fritozu büdcəni yormadan ala bilərsən.
Nəticə
“Airfryer” və elektrik çaydan sizin mətbəxinizin performansını artıracaq iki əla cihazdır.
1. Vaxtınız azdırsa və yağsız yeməyi sevirsinizsə, airfryer tefal modeli ilə qızartma problemini həll etdə bilərsiniz.
2. Çay və ya kofeni sevirsinizsə və çox gözləmək istəmirsinizsə, su qaynama sürəti yüksək olan, temperatur tənzimləməli elektrikli çaydan seçin.
Hər iki növ məhsulları kontakt.az ən sərfəli qiymətlər və rəsmi zəmanət ilə təklif edir. İndi isə, öz mətbəxinizə ən yaxşı, ən kompakt dueti seçmək zamanıdır.


