Akopyan hökumət iqamətgahını tərk edir - Paşinyandan açıqlama

akopyan-hokumet-iqametgahini-terk-edir
Oxunma sayı: 3404

Ermənistanın Baş naziri Nikol Paşinyan Anna Akopyanla vətəndaş nikahının başa çatmasına münasibət bildirib. 

“Qafqazinfo” xəbər verir ki, özünün feysbuk səhifəsində paylaşım edən Baş nazir Akopyanın qərarına hörmətlə yanaşdığını qeyd edib.

“Son 30 il ərzində o, bütün çətin günlərimdə yanımda olub, mənim dayağım və dəstəyim olub. Mənim onun üçün eyni şeyi etdiyimə əmin deyiləm. Ola bilsin ki, mən ona daha çox kədər bəxş etmişəm, bunun üçün üzr istəyirəm”, - Paşinyanın paylaşımında deyilir. 

Daha əvvəl isə Anna Akopyan yenidən sosial şəbəkə hesabında paylaşım edərək Paşinyanla nikahlarının başa çatdığını və bu gün hökumət iqamətgahını tərk edəcəyini deyib. O əlavə edib ki, mövzu ilə bağlı daha əvvəlki postu anlaşılmazlıq yaradıb. Belə ki, Akopyan vətəndaş nikahının başa çatdığını bildirərkən çoxu bunu rəsmi nikaha daxil olma kimi qələmə verib. 

Xatırladaq ki, bir neçə gün əvvəl Nikol Paşinyanın Anna Akopyanla vətəndaş nikahı başa çatıb. Bu barədə paylaşım edən Akopyan hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş etmişdi. Yerli mətbuat 1990-cı illərin sonundan münasibətdə olan cütlüyün rəsmi nikaha girdiyini yazmışdı.