Alen Simonyan Türkiyəyə gedir

alen-simonyan-turkiyeye-gedir
Oxunma sayı: 2744

Ermənistan parlamentinin spikeri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Simonyanın mətbuat katibi Çovinar Xaçatryan açıqlayıb. 

Məlumata görə, səfər mayın 3-ü baş tutacaq. Erməni deputatlar Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 30 illiyinə həsr olunan sammitdə iştirak edəcəklər.