Alimpaşa Məmmədovun istintaqı yeniləndi

alimpasa-memmedovun-istintaqi-yenilendi
Oxunma sayı: 3108

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mülki iddiaçı qismində tanınmış Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi məhkəmə istintaqının yenilənməsini istəyib.

Alimpaşa Məmmədov mülki iddiaçının vəsatətinə etiraz etməyib: “Məhkəmə kollegiyası nə qərar qəbul etsə, razıyam”.

Vəsatət təmin edilərək məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul edilib.

Proses dekabrın 5-nə kimi təxirə salınıb.

Qeyd edək ki, A. Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Vəzifə cinayətlərində ittiham olunan keçmiş icra başçısı məhkəmədə özünü təqsirli bildiyini deyib.

Yunis Quliyev