Alla Puqaçova Rusiyaya Qalkinsiz qayıtdı - Video

alla-puqacova-rusiyaya-qalkinsiz-qayitdi
Oxunma sayı: 3363

Bir müddət əvvə ailəsi ilə birlikdə xaricə üz tutan SSRİ Xalq artisti Alla Puqaçova Rusiyaya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, onun Rusiyada oldğunu əks etdirən görüntüləri dizayner İqor Qulyayev instaqram səhifəsində paylaşıb.

Puqaçova Rusiyaya çoxdan qayıtdığını bildirib.

Primadonnaın ölkəyə qayıdışını onun konsert direktoru Yelena Çuprakova da təsdiqləyib. Onun sözlərinə görə, Puqaçova hələlik konsert vermək niyyətində deyil.

Bu xəbərlərdən sonra “İzvestiya” nəşri Alla Puqaçovanın Moskva küçələrinin birində gəzərkən görüntüləri paylaşıb. Ulduz nə işlə məşğul olacağı barədə bunu deyib: “Səliqə-səhman yaratmaq. Öz başımda, sizin başınızda”. O, övladlarının sentyabrın 1-dən məktəbə gedəcəyini əlavə edib.

“StarHit” yazır ki, primadonnanın həyat yoldaşı, şoumen Maksim Qalkin isə anti-Rusiya mövqeyi səbəbindən reklam müqavilələrini itirib, buna görə də xarici ölkələrdə qastrol səfərləri ilə çıxış edir.

Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin övladları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə fonunda ölkədən getmişdi. Ailə bir müddət İsraildə yaşayıb, daha sonra Latviyaya köçüb.