Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, ərəb dövlətləri Yaxın Şərqdə Fələstin-HƏMAS münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməlidir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Tagessau” nəşri yazır.
Bildirilir ki, nazir ölkələri bu istiqamətdə konstruktiv əməkdaşlıq etməyə çağırır.
“Hər kəs indi birlikdə çalışmalıdır. Çünki israillilər və fələstinlilər üçün sülh və əmin-amanlıq içində yaşamağın açarı bu regiondadır”, - deyə Berbok izah edib.
Nazir əlavə edib ki, o, regionda humanitar fasilələrin bərpasının tərəfdarıdır, bunun üçün konstruktiv və mötədil ərəb dövlətləri ilə sıx mübadilə vacibdir.
Berbok Qətər, Misir, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Mərakeşin İsrail və HƏMAS arasında danışıqlarda vasitəçilik rolunu oynadığını bildirib.