Almaniya Portuqaliyaya qarşı

almaniya-portuqaliyaya-qarsi
Oxunma sayı: 2511

Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq. Meydan sahibləri Portuqaliya ilə üz-üzə gələcək.

Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.