Almaniyada bəzi hava limanlarında uçuşlar təxirə salındı

almaniyada-bezi-hava-limanlarinda-ucuslar-texire-salindi
Oxunma sayı: 1829

Alman hava yolu şirkəti “Lufthansa” 12 və 13 mart tarixlərində kabin heyətinin etirazları səbəbindən 1000 planlaşdırılmış reysin ləğv ediləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, açıqlamada kabin işçilərinin 2 günlük tətili səbəbilə martın 12-də Frankfurt hava limanında 600, martın 13-də isə Münhen hava limanlarında 400 reysin ləğv edilməsinin gözlənildiyi bildirilib.

Bu ləğvlərdən təxminən 120 min - Frankfurtda 70 min və Münhendə 50 min sərnişinin təsirlənəcəyi təxmin edilir.

Müstəqil Kabin Ekipajı Təşkilatı (UFO) “Lufthansa”nın kabin heyətini keçən həftə sonu tətil etməyə çağırıb.

Təşkilat “Lufthansa”nın təxminən 18 min kabin işçisinin 18 aylıq müqavilə müddəti üçün maaşlarının 15 faiz artırılmasını tələb edir. Birliyin tələblərinə inflyasiya ilə mübarizə üçün 3 min avroya qədər birdəfəlik ödəmə daxildir.