Almatıda avtobus insanların üzərinə doğru hərəkət edib - Ölənlər var

almatida-avtobus-insanlarin-uzerine-dogru-hereket-edib
Oxunma sayı: 2991

Qazaxıstanın Almatı şəhərində avtobus 7 saylı şəhər xəstəxanasının yaxınlığındakı dayanacaqda dayanan insanların üzərinə doğru hərəkət edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı azı 3 nəfər həlak olub.

Almatı Polis İdarəsinin məlumatına görə, saat 18:15 radələrində 47 saylı avtobusda sərnişinlərdən biri ilə qadın sürücü arasında münaqişə yaranıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, mübahisə yol pulu verməklə bağlı söz üstündə yaranıb, bundan sonra kişi sərnişin sürücünün başına vurub, qadın huşunu itirib. İdarəetmədən çıxan avtobus dayanacaq yaxınlığındakı insanları dəyib və digər avtomobillərlə toqquşub.

Polis sürücünü vuran şəxsin saxlanıldığını bildirib. Onun barəsində iki cinayət işi açılıb, o, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.