Alp dağlarında iki xizəkçi qar uçqunu altında qaldı

alp-daglarinda-iki-xizekci-qar-ucqunu-altinda-qaldi
Oxunma sayı: 1078

Fransanın Alp dağlarında dağ-xizək kurortunda qar uçqunu baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Radio Mont Blanc” portalı məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 14-də günorta saatlarında “Praz de Lys” kurortunda olub. Qar axınının iki kişini 200 metr uzağa apardığı qeyd olunub.

Xilasetmə əməliyyatına 30-dan çox insan, həmçinin dörd it və iki helikopter cəlb olunub.