Altıncı dəfə evlənir

altinci-defe-evlenir
Oxunma sayı: 782

Məşhur rusiyalı teleaparıcı Aleksandr Qordon altıncı dəfə ailə həyatı qurmağa hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, 61 yaşlı aparıcı bu barədə jurnalist Anton Krasovski ilə müsahibəsi zamanı deyib.

Qordonun yeni seçimi özündən xeyli gənc, 23 yaşlı xanımdır. Aparıcı hələlik gələcək həyat yoldaşının adını gizli saxlamağa üstünlük verib.

Neçə dəfə evləndiyi barədə suala cavab verərkən Qordon dəqiq sayı hesablamadığını bildirib. O, həmçinin həyat yoldaşı seçimində xüsusi olaraq gənc qadınlara üstünlük vermədiyini, sadəcə hər dəfə aşiq olduğunu qeyd edib.

Xatırladaq ki, A. Qordonun sonuncu rəsmi nikahı 20 yaşlı Sofiya Kalanadze ilə olmuşdu. Onlar 2012-ci ildə aralarındakı 38 illik yaş fərqinə baxmayaraq evlənmişdilər. Ümumilikdə isə Qordonun əvvəlki beş rəsmi evliliyindən iki oğlu və iki qızı dünyaya gəlib.