AMAY-ın vəzifəli şəxsi sərhədi pozarkən yaxalandı

amay-in-vezifeli-sexsi-serhedi-pozarken-yaxalandi
Oxunma sayı: 5104

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 31-də Dövlət Sərhəd Xidməti əməkdaşları Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən AR-nın Cinayət Məcəlləsinin 179.3.1-ci və 179.3.2-ci maddələri ilə təqsirli bilinən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və axtarışda olan “AMAY” MMC tərəfindən İranda təsis edilmiş “Azər Caspian İran” şirkətinə məxsus müəs­sisə­lərə rəhbərlik edən 20.10.1976-cı il təvəllüdlü Bayramov Nizami İmran oğlu Yardımlı rayonu ərazisində İrandan Azərbaycan istiqa­mə­tin­­də dövlət sərhədini pozarkən saxlanıl­ıb.

N.Bayramovun üzərinə baxış keçirilərkən 20 qram tiryək, “Nokia” markalı mobil telefon, 150 ABŞ dolları və 100 manat pul aşkar­lanıb.

Saxlanılan şəxsə həmin əməllərinə görə AR CM-nin  318.1-ci, 206.2-ci və 234.1-ci maddələri üzrə  ittiham elan edilib.