Amirin sağalması üçün lazım olan məbləğ tam yığıldı

amirin-sagalmasi-ucun-lazim-olan-mebleg-tam-yigildi
Oxunma sayı: 2584

SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amir Tağıyev üçün toplanan ianə başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, Amirin müalicəsi üçün lazım olan məbləğ bu gün tamamlanıb.

Qeyd edək ki, ATV telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan “Bizimləsən” verilişində SMA xəstəliyindən əziyyət çəkən 1 yaşlı Amirin sağalması üçün “Zolgensma” iynəsi lazım idi və bu iynənin qiyməti 3 milyon 672 min manatdır.