Çində cərrahlar unikal əməliyyat həyata keçirərək xəstənin amputasiya edilmiş ayaqlarını yerinə bərpa ediblər.
“Qafqazinfo” “China Press” nəşrinə istinadən xəbər verir ki, bu, dünyada bud nahiyəsindən aşağı ətrafların ilk uğurlu replantasiya əməliyyatıdır.
Məlumata görə, 51 yaşlı xəstə 2024-cü ildə zavodda işləyərkən baş vermiş bədbəxt hadisə nəticəsində hər iki ayağını itirib.
Əməliyyat təxminən səkkiz saat davam edib. Hazırda əməliyyat olunmuş şəxs yerimə arabasının köməyi ilə evdə sərbəst hərəkət edə bilir, onun topuqdan yuxarı aşağı ətraflarının hissiyyatı bərpa olunub.
Həkimlər güman edirlər ki, bir-iki il sonra xəstə heç bir köməkçi vasitə olmadan sərbəst yeriyə biləcək. Hazırda onun reabilitasiya prosesinin davam etdiyi bildirilir.

Son xəbərlər
Son Xəbərlər