Ana və qızı qonaq getdiyi evdə dəm qazından zəhərləndi

ana-ve-qizi-qonaq-getdiyi-evde-dem-qazindan-zeherlendi
Oxunma sayı: 1924

Gəncədə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Ayşən Nəbiyeva və onun az yaşlı övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, ana və övladı qonaq getikləri evin vanna otağında dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev