Anar Məmmədov şəhid Azər Qasımovun ailəsi ilə görüşdü - Fotolar

anar-memmedov-sehid-azer-qasimovun-ailesi-ile-gorusdu
Oxunma sayı: 483

YAP-çı millət vəkili Anar Məmmədov Tərtər rayonu Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub oğlunun ailəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı millət vəkili ailənin qayğıları ilə maraqlanıb, şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Anar Məmmədov vurğulayıb ki, Azərbaycan xalqının qürur mənbəyi olan şəhidlərimizin xatirəsi hər zaman uca tutulur və onların ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azər Qasımov Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 29-u Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.