Anar və komandası cəbhədə - - Foto

anar-ve-komandasi-cebhede-
Oxunma sayı: 3365


“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı AzNews.az-a AYB-ın katibi Rəşad Məcid verib. 

R. Məcid deyib ki, səfər şair Ənvər Əhmədin 70 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə iştirakla bağlı olub: “Ağcabədi Rayon İcra hakimiyyəti Ənvər Əhmədin yubileyini. Yazıçılar Birliyinin rəsmiləri də həmin mərasimdə iştirak etdi. Tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev, yazıçı-publisist Aqil Abbas, xalq şairi Fikrət Qoca çıxış etdi. Növbəti gün Yazıçılar Birliyinin nümayəndələri mərhum yazıçı İsi Məlikzadənin qəbrini ziyarət etdi”. 

R.Məcid Ağcabədidə AYB-in Qarabağ bölməsinin konfransının keçirildiyini də deyib: “Tədbirdə Yazıçılar Birliyinin qurultayına nümayəndələr də seçildi”. 

Səfər çərçivəsində Ağcabədinin Şərəfxanlı kəndində Azərbaycanın tanınmış dramaturqu Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Məmmədquluzadənin də ev müzeyi ziyarət olunub: “Daha sonra rayonun Bayat kəndində Aqil Abbasın təşəbüsü ilə yaradılan kitabxanaya gedərək, yeni kitablar hədiyyə etdik”. 

R. Məcid deyib ki, səfər zamanı AYB nümayəndələri Ağdama cəbhənin təmas xəttinə də yollanıblar: “Sonuncu postdan Ağdama baxdıq...Baxdıq və geri qayıtdıq”.