Rusiya Silahlı Qüvvələri Kiyev yaxınlığında yerləşən logistika mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirib.
“Qafqazinfo” xəbər verir ki, insidentin nəticələrinə dair görüntülər “DSNS Kiyevşçina” teleqram kanalında paylaşılıb.
“Logistika komplekslərindən birinin binasına iki dəfə hücum edilib. Xilasedicilər dərhal hadisə yerinə gələrək yanğını söndürüblər”, – deyə məlumatda bildirilir.
Həmçinin qeyd olunub ki, Kiyev vilayətinin Borispol rayonundakı müəssisələrə də zərbələr endirilib.
Son xəbərlər
Son Xəbərlər