Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti naməlum şəraitdə oğurlanıb.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən hadisənin təfərrüatı araşdırılarkən zərərçəkənin mobil tətbiqi və kartına kibermüdaxilənin olmadığı müəyyən edilib. Bu hal isə oğurluğun zərərçəkənin ailə üzvlərindən birinin iştirakı ilə törədildiyinə əsaslı şübhələr yaradıb.
Həyata keçirilən tədbirlər nəticəsində zərərçəkənin oğlu X.Əhmədov talama cinayətini törətməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla onun 4 ay ərzində anasının mobil telefonundan gizli şəkildə mobil bank tətbiqinə daxil olduğu, daha sonra hesabdakı pul vəsaitini həyat yoldaşına və özünə məxsus ayrı-ayrı kartlara köçürdüyü məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər