Anderson Talişka “Beşiktaş”a qayıdır?

anderson-taliska-besiktasa-qayidir
Oxunma sayı: 1564

“Əl-Nassr”ın futbolçusu Anderson Talişkanın gələn mövsüm Türkiyə Super Liqasına qayıdacağı iddia edilib. “Qafqazinfo” xəbər verir ki, bu haqda Braziliya mətbuatı yazıb.

Bildirilib ki, növbəti mövsüm üçün transfer çalışmalarına başlayan “Beşiktaş” Talişkanı heyətinə qaytarmaq istəyir.

Xatırladaq ki, Talişka 2016-2018-ci illərdə “Beşiktaş”da çıxış edib. O, İstanbul klubunun heyətində 80 matçda 37 qol vurub, 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 30 yaşlı futbolçunun Əl-Nassr”la müqaviləsi 2026-cı ildə bitəcək.