Türkiyənin paytaxtı Ankarada günorta saatlarından sonra qəfil başlayan güclü yağış nəticəsində çox sayda ev və iş yerini su basıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, leysan və dolu yağması səbəbindən sürücülər nəqliyyatda hərəkət etməkdə çətinlik çəkiblər, yollarda sıxlıq yaranıb, bəzi ərazilərdə isə avtomobillər su axını ilə sürüklənib.
Qeyd edək ki, aidiyyəti qurumlar ərazilərdə suyun çəkilməsi və fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar.
Son xəbərlər
Son Xəbərlər