Paraqvay Prezidenti Santyaqo Penya ölkədə bank qalmaqalı fonunda istefa vermək qərarına gəldiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.
“Ölkə prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bunu ölkəmizin sabitliyini və ictimai əmin-amanlığı düşünərək edirəm”, – deyə Penya qeyd edib.
Prezident vətəndaşlardan üzr istəyərək əsas arzusunun onların bankdakı vəsaitlərinin geri qaytarılmasının təmin edilməsi olduğunu vurğulayıb.
Qeyd edək ki, Paraqvayda siyasi böhrana “Ueno Bank” ətrafında yaranan qalmaqal səbəb olub. Bankın ödəmə qabiliyyəti göstəricisinin tələb olunan minimum səviyyənin 50 faizindən də aşağı düşdüyü müəyyənləşdikdən sonra ölkənin Mərkəzi Bankı vəziyyətin tənzimlənməsi proseduruna başlayıb.
Hadisə əmanətçilərin kütləvi etirazlarına səbəb olub. Küçələrə çıxan vətəndaşlar pullarının qaytarılmasını və bankın böhranına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər. Etirazçılarla polis arasında qarşıdurmalar yaşanıb. Aksiyalar zamanı Prezidentin dərhal istefası tələbləri də səsləndirilib.
Son xəbərlər
Son Xəbərlər