Arada 48 il var... - Video

arada-48-il-var
Oxunma sayı: 2078

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı olaraq yaradılıb.

Zavodun əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər elektromexanika zavodu nazirliyin tabeliyinə verilib.

Fotoda: Ümummilli Lider Heydər Əliyev 1978-ci il

Fotoda: Prezident İlham Əliyev 2026-cı il: