“Araz-Naxçıvan”dan Elmar Baxşıyevlə bağlı qərar

araz-naxcivandan-elmar-baxsiyevle-bagli-qerar
Oxunma sayı: 1722

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə yeni müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis 2025-2026-cı illər mövsümündə də “qırmızı-ağlar”ı çalışdıracaq. Onunla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Premyer Liqanın 2024-2025-ci illər mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.