“Arsenal” öz meydanında “Mançester Yunayted”ə uduzdu

arsenal-oz-meydaninda-mancester-yunaytede-uduzdu
Oxunma sayı: 390

İngiltərə Premyer Liqasında 23-cü turun mərkəzi qarşılaşması gözlənilməz nəticə ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, turun ən çox gözlənilən oyununda lider “Arsenal” Londonda “Mançester Yunayted”i qəbul edib.

Gərginliyin yüksək olduğu və beş qolun vurulduğu qarşılaşmada “topçular” azarkeşləri önündə “qırmızı şeytanlar”a 2:3 hesabı ilə məğlub olublar. Lakin məğlubiyyətə baxmayaraq, “Arsenal” turnir cədvəlindəki iddialı mövqeyini qorumağa çalışır.

Qeyd edək ki, bu nəticələrdən sonra “Arsenal” yenə də 50 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə isə 46 xalla “Mançester Siti” qərarlaşıb. Mançesterlilərlə eyni xalı toplamasına baxmayaraq, “Aston Villa” isə top fərqinə görə hazırda üçüncü yerdədir.