“WUF13 Bakıda rekord sayda iştirakçını bir araya gətirdi. Forum güclü və vahid mesaj ortaya qoydu: biz mənzil məsələsinin gələcəyi ilə bağlı həlledici mərhələdəyik və artıq hərəkətsiz qalmaq lüksümüz yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxx deyib.
“Dünya mərhələli və məhdud irəliləyişdən sistemli transformasiyaya keçməlidir. Dünyada mənzil sistemləri ciddi təzyiq altındadır. Bu vəziyyətə sosial bərabərsizliyin dərinləşməsi, spekulyasiya, zəif idarəetmə, sürətli urbanizasiya, məcburi köç və iqlim böhranının təsirlərinin artması səbəb olur.
Mənzil bazarları insanların ehtiyaclarını qarşılamaqda açıq şəkildə uğursuzluq nümayiş etdirir. Milyonlarla insan qeyri-qənaətbəxş və əlçatmaz yaşayış şəraiti ilə üz-üzə qalır. Lakin forum çərçivəsində aparılan müzakirələr və təqdim olunan təşəbbüslər müəyyən aydınlıq və praktiki yanaşmalar ortaya qoydu. Bu həftə Bakıda dövlət və hökumət başçıları, BMT-yə üzv ölkələrin nazirləri, yerli və regional idarəetmə nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor liderləri və icmalar bir əsas həqiqət ətrafında bir araya gəldilər. Bu forum bir daha təsdiqlədi ki, insan mərkəzli şəhər inkişafına əsaslanan kollektiv fəaliyyətə ehtiyac var”, - deyə o bildirib.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər